top of page

Məxfilik siyasəti

Şəxsi məlumatların işlənməsi və mühafizəsi ilə bağlı bu Siyasət (bundan sonra “Siyasət” adlandırılacaq) AZ1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 29/14 ünvanında yerləşən Gedeon Rixter şirkətinin Azərbaycandakı Nümayəndəliyi (bundan sonra “Şirkət” adlandırılacaq) tərəfindən qəbul edilib və tətbiq olunur.

Biz sizin  şirkətimizə olan marağınızı qiymətləndiririk və veb səhifəmizə daxil olarkən şəxsi məlumatlarınız barədə əmin olmağınızı istəyirik. Biz şəxsi məlumatların mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə əməl edirik.

İstənilən cihazda bizim Veb səhifəmizdən (bundan sonra “səhifə” adlandırılacaq) istifadə edərkən və bizimlə hər hansı formada əlaqə saxlayarkən bu Siyasətə uyğun olaraq, bizə təqdim etdiyiniz şəxsi məlumatları toplayır, istifadə edir və qoruyuruq.

Səhifəmizdən istifadə etməklə və şəxsi məlumatlarınızı bizə təqdim etməklə, bu Siyasətə uyğun olaraq şəxsi məlumatlarınızın işlənməsinə dair razılıq verirsiniz.

1. ƏSAS ANLAYIŞLAR

“Şəxsi məlumatlar” – birbaşa və ya dolayısı ilə müəyyən edilmiş və ya müəyyən edilə bilən şəxsə aid hər hansı məlumat.

“Şəxsi məlumatların işlənməsi” - şəxsi məlumatlarınızla bağlı hər hansı bir əməliyyatın və ya əməliyyatların həyata keçirilməsi, o cümlədən şəxsi məlumatların toplanması, qeydə alınması, sistemləşdirilməsi, yığılması, saxlanması, yenilənməsi və dəyişdirilməsi, götürülməsi, istifadəsi, ötürülməsi (yayılması, təqdim edilməsi, əldə edilməsi), şəxsi məlumatların avtomatlaşdırılmış emalı sistemlərindən istifadə etməklə və istifadə etmədən anonimləşdirilməsi, bloklanması, silinməsi və məhv edilməsi.

2. HANSI MƏLUMATLARI TOPLAYIRIQ

Bu məxfilik siyasəti ilə biz sizə veb saytımıza daxil olduğunuz zaman topladığımız məlumatlar və bu məlumatlardan necə istifadə edildiyi barədə məlumat vermək istərdik (Şəxsi məlumatlar haqqında AR Qanununun 9.6.1-ci maddəsi).

Bu onlayn xidmət yalnız səhiyyə işçiləri tərəfindən istifadə üçün nəzərdə tutulub və istifadəçilər veb səhifəyə daxil olduqda bu barədə məlumatlandırılırlar.

Biz aşağıdakı məlumatları toplayırıq:

  • Əczaçılıq nəzarəti sisteminin bir hissəsi olaraq, dərman preparatından istifadə zamanı mənfi reaksiyalar barədə bildiriş formasını doldurarkən bizə təqdim etdiyiniz şəxsi məlumatlar (A.S.A., E-poçt və s.). Əczaçılıq nəzarətinin məqsədi yalnız xəstələrinizin təhlükəsizliyi üçün nəzərdə tutulan, dərmanların istifadəsi ilə bağlı mənfi reaksiyaların və ya digər problemlərin müəyyən edilməsi, qiymətləndirilməsi, təhlili və qarşısının alınmasıdır.

  • səhifəmizin istifadə edildiyi cihaz tərəfindən avtomatik şəkildə ötürülən texniki məlumatlar, o cümlədən cihazın texniki xüsusiyyətləri, IP ünvanı, cihazınıza göndərilən kuki fayllarda saxlanılan məlumatlar, brauzerə dair məlumatlar, sayta giriş tarixi və vaxtı, və digər bu kimi məlumatlar.

 3.  MƏLUMATLARIN İŞLƏNMƏ MƏQSƏDİ

Biz sizin şəxsi məlumatlarınızı yalnız onların təqdim edildiyi məqsədlər üçün emal edirik (Şəxsi məlumatlar haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi). Həmin məqsədlər aşağıdakılardır:

• dərmanın mənfi reaksiyasına məruz qalmış pasiyentinizlə bağlı əlavə suallar yarandıqda, dərmanı təyin etmiş tibb mütəxəssisi kimi sizə müraciət edilməsi;

Biz texniki məlumatları aşağıdakı məqsədlər üçün emal edirik:

  • səhifəmizin fəaliyyətinin və təhlükəsizliyinin təmin edilməsi;

  • səhifəmizin keyfiyyətinin yüksəldilməsi.

Biz sizin şəxsi məlumatlarınızı açıq mənbələrdə yerləşdirmirik. Biz şəxsi məlumatların transsərhəd ötürülməsini, yəni beynəlxalq təşkilatlara, dövlət qurumlarına və ya digər ölkələrin yerli hökumətlərinə, hüquqi və ya fiziki şəxslərə ötürülməsini həyata keçirmirik; Biz sizin məlumatlarınızı üçüncü şəxslərə və ya xarici ölkələrin ərazisində hər hansı bir məqsədlə ötürmürük, biz həmin məlumatları yerli qaydada, əczaçılıq nəzarəti tədbirləri ilə bağlı sənədlərin arxivində saxlayırıq. Biz şəxsi məlumatların avtomatik işlənməsi ilə əlaqədar sizin üçün hüquqi nəticələrə səbəb olan, yaxud da sizin hüquqlarınıza və qanuni maraqlarınıza başqa şəkildə təsir edən qərarlar qəbul etmirik.

4. SİZİN HÜQUQLARINIZ

  • Şəxsi məlumatlar sahəsində sizin hüquq və azadlıqlarınızın qorunması Şirkətin fəaliyyətinin vacib şərtidir (Şəxsi məlumatlar haqqında AR Qanununun 7-ci maddəsi). Hüquq və azadlıqlarınızın qorunmasını təmin etmək üçün, sizin müraciətiniz əsasında biz:

  • sizin şəxsi məlumatlarınızı emal edib-etmədiyimizi təsdiq edə bilərik və sorğunuzu aldıqdan sonra 30 gün ərzində sizə həmin məlumatları nəzərdən keçirmək imkanı təqdim edəcəyik;

  • emal etdiyimiz şəxsi məlumatlarınızın əldə edildiyi mənbə və həmin məlumatların tərkibi haqqında sizə məlumat verəcəyik;

  • şəxsi məlumatlarınızın işlənməsinin hüquqi əsasları, məqsədləri, şərtləri və üsulları barədə sizə məlumat verəcəyik;

  • şəxsi məlumatlarınızın natamam, qeyri-dəqiq və ya köhnəlmiş olduğuna dair sizin bildirşinizi aldıqdan sonra 7 iş günü ərzində həmin məlumatlarda zəruri dəyişikliklər edəcək və edilmiş dəyişikliklər barədə sizə məlumat verəcəyik;

  • sizin razılığınızla şəxsi məlumatlarınızın işlənməsini həvalə edə biləcəyimiz şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı və ünvanı barədə sizə məlumat verəcəyik;

  • şəxsi məlumatlarınızın qeyri-qanuni işləndiyi təsdiqlənərsə, məlumatların işlənməsini  dayandıracaq və görülən tədbirlər barədə sizə məlumat verəcəyik;

  • şəxsi məlumatlarınızın qeyri-qanuni yolla əldə edildiyi və ya müəyyən edilmiş işlənmə məqsədlərinə uyğun olmadığı təsdiqlənərsə, müvafiq təsdiqin alınmasından sonra 7 iş günü ərzində həmin məlumatları məhv edəcək və görülən tədbirlər barədə sizə məlumat verəcəyik;

  • emal etdiyimiz şəxsi məlumatlarınızla bağlı suallarınızı cavablandıracağıq.

5. BİZİMLƏ NECƏ ƏLAQƏ SAXLAMAQ OLAR?

  • richter@azeurotel.com e-poçt ünvanına və ya AZ1001, Bakı şəhəri, İstiqlaliyyət k. 29/14  ünvanına “Şəxsi məlumatlara dair sorğu” başlıqlı məktub göndərməklə şəxsi məlumatlarınızın işlənməsi ilə bağlı bizə müraciət edə bilərsiniz.

6.   ŞƏXSİ MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ

  • Şəxsi məlumatlarınızın işlənməsi zamanı onların təhlükəsizliyini təmin etmək üçün həmin məlumatların icazəsiz və ya təsadüfən əldə edilməsi, məhv olması, dəyişdirilməsi, bloklanması, surətinin köçürülməsi, açıqlanması, yayılması kimi hallara, habelə şəxsi məlumatlarla bağlı digər qanunsuz hərəkətlərə qarşı zəruri və yetərli hüquqi, təşkilati və texniki tədbirlər görürük.

  • Şəxsi məlumatlarınızın lazımi mühafizəsini təmin etmək üçün həmin məlumatların təhlükəsizliyinin pozulması nəticəsində meydana gələ biləcək zərəri qiymətləndirir, həmçinin informasiya sistemlərində şəxsi məlumatların işlənməsi zamanı təhlükəsizlik risklərini müəyyən edirik.

  • Şirkət şəxsi məlumatların təhlükəsizliyinə dair yerli qaydalar qəbul etmişdir. Şəxsi məlumatlara çıxışı olan şirkət əməkdaşları bu Siyasətlə və şəxsi məlumatların təhlükəsizliyinə dair yerli qaydalarla tanış olublar.

7. ŞƏXSİ MƏLUMATLARIN İŞLƏNMƏSİNİN DAYANDIRILMASI

        Aşağıdakı hallarda şəxsi məlumatlarınızın işlənməsi dayandırılır:

  • şəxsi məlumatların emalının dayandırılmasını tələb edən hallar yarandıqda və ya müəyyən edilmiş vaxt müddəti başa çatdıqda;

  • şəxsi məlumatların işlənmə məqsədlərinə nail olduqda və ya bu məqsədlər artıq zəruri olmadıqda;

  • sizin sorğunuz əsasında, işlənən şəxsi məlumatlar qanunsuz əldə edildikdə və ya göstərilən işlənmə məqsədi üçün zəruri olmadıqda;

  • şəxsi məlumatların qeyri-qanuni emalı aşkar edildikdə və şəxsi məlumatların emalının qanuniliyini təmin etmək mümkün olmadıqda;

  • Şirkət ləğv edildikdə.

8.  COOKİE FAYLLAR

Biz cookie fayllardan istifadə edirik. Cookie fayllar istifadəçi interfeysinin sizin seçimlərinizə uyğunlaşdırılması üçün müxtəlif veb saytlardan istifadə erdiyiniz zaman cihazınızın hard diskində yerləşdirilən kiçik mətn fayllarıdır.

Əksər brauzerlər cookie fayllardan imtina etməyə və onları cihazınızın hard diskindən silməyə imkan verir.

9.  ÜÇÜNCÜ TƏRƏF SAYTLARINA DAİR LİNKLƏR

Veb saytlarımızda bizim nəzarət etmədiyimiz üçüncü tərəf saytlarına və xidmətlərinə dair linklər (keçidlər) ola bilər. Biz üçüncü tərəf saytları və ya xidmətləri tərəfindən toplanan hər hansı məlumatın təhlükəsizliyinə və ya məxfiliyinə görə məsuliyyət daşımırıq.

10.  SİYASƏTDƏ DƏYİŞİKLİK EDİLMƏSİ

Zəruri olan hallarda biz bu Siyasəti yeniləyə bilərik. Sizə tövsiyə edirik ki, bu Siyasətin aktuallığını vaxtaşırı yoxlayasınız. Siyasətdə edilən dəyişikliklərdən sonra veb saytlarımızın istifadəsini davam etdirməklə, siz həmin dəyişikliklərlə razılaşmış olursunuz.

Sənəd sonuncu dəfə 27 mart 2024-cü il tarixində yenilənib.

Şəxsi məlumatların işlənməsi və mühafizəsi ilə bağlı bu Siyasət (bundan sonra “Siyasət” adlandırılacaq) AZ1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 29/14 ünvanında yerləşən Gedeon Rixter şirkətinin Azərbaycandakı Nümayəndəliyi (bundan sonra “Şirkət” adlandırılacaq) tərəfindən qəbul edilib və tətbiq olunur.

Biz sizin  şirkətimizə olan marağınızı qiymətləndiririk və veb səhifəmizə daxil olarkən şəxsi məlumatlarınız barədə əmin olmağınızı istəyirik. Biz şəxsi məlumatların mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə əməl edirik.

İstənilən cihazda bizim Veb səhifəmizdən (bundan sonra “səhifə” adlandırılacaq) istifadə edərkən və bizimlə hər hansı formada əlaqə saxlayarkən bu Siyasətə uyğun olaraq, bizə təqdim etdiyiniz şəxsi məlumatları toplayır, istifadə edir və qoruyuruq.

Səhifəmizdən istifadə etməklə və şəxsi məlumatlarınızı bizə təqdim etməklə, bu Siyasətə uyğun olaraq şəxsi məlumatlarınızın işlənməsinə dair razılıq verirsiniz.

1. ƏSAS ANLAYIŞLAR

“Şəxsi məlumatlar” – birbaşa və ya dolayısı ilə müəyyən edilmiş və ya müəyyən edilə bilən şəxsə aid hər hansı məlumat.

“Şəxsi məlumatların işlənməsi” - şəxsi məlumatlarınızla bağlı hər hansı bir əməliyyatın və ya əməliyyatların həyata keçirilməsi, o cümlədən şəxsi məlumatların toplanması, qeydə alınması, sistemləşdirilməsi, yığılması, saxlanması, yenilənməsi və dəyişdirilməsi, götürülməsi, istifadəsi, ötürülməsi (yayılması, təqdim edilməsi, əldə edilməsi), şəxsi məlumatların avtomatlaşdırılmış emalı sistemlərindən istifadə etməklə və istifadə etmədən anonimləşdirilməsi, bloklanması, silinməsi və məhv edilməsi.

2. HANSI MƏLUMATLARI TOPLAYIRIQ

Bu məxfilik siyasəti ilə biz sizə veb saytımıza daxil olduğunuz zaman topladığımız məlumatlar və bu məlumatlardan necə istifadə edildiyi barədə məlumat vermək istərdik (Şəxsi məlumatlar haqqında AR Qanununun 9.6.1-ci maddəsi).

Bu onlayn xidmət yalnız səhiyyə işçiləri tərəfindən istifadə üçün nəzərdə tutulub və istifadəçilər veb səhifəyə daxil olduqda bu barədə məlumatlandırılırlar.

Biz aşağıdakı məlumatları toplayırıq:

  • Əczaçılıq nəzarəti sisteminin bir hissəsi olaraq, dərman preparatından istifadə zamanı mənfi reaksiyalar barədə bildiriş formasını doldurarkən bizə təqdim etdiyiniz şəxsi məlumatlar (A.S.A., E-poçt və s.). Əczaçılıq nəzarətinin məqsədi yalnız xəstələrinizin təhlükəsizliyi üçün nəzərdə tutulan, dərmanların istifadəsi ilə bağlı mənfi reaksiyaların və ya digər problemlərin müəyyən edilməsi, qiymətləndirilməsi, təhlili və qarşısının alınmasıdır.

  • səhifəmizin istifadə edildiyi cihaz tərəfindən avtomatik şəkildə ötürülən texniki məlumatlar, o cümlədən cihazın texniki xüsusiyyətləri, IP ünvanı, cihazınıza göndərilən kuki fayllarda saxlanılan məlumatlar, brauzerə dair məlumatlar, sayta giriş tarixi və vaxtı, və digər bu kimi məlumatlar.

 3.  MƏLUMATLARIN İŞLƏNMƏ MƏQSƏDİ

Biz sizin şəxsi məlumatlarınızı yalnız onların təqdim edildiyi məqsədlər üçün emal edirik (Şəxsi məlumatlar haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi). Həmin məqsədlər aşağıdakılardır:

• dərmanın mənfi reaksiyasına məruz qalmış pasiyentinizlə bağlı əlavə suallar yarandıqda, dərmanı təyin etmiş tibb mütəxəssisi kimi sizə müraciət edilməsi;

Biz texniki məlumatları aşağıdakı məqsədlər üçün emal edirik:

  • səhifəmizin fəaliyyətinin və təhlükəsizliyinin təmin edilməsi;

  • səhifəmizin keyfiyyətinin yüksəldilməsi.

Biz sizin şəxsi məlumatlarınızı açıq mənbələrdə yerləşdirmirik. Biz şəxsi məlumatların transsərhəd ötürülməsini, yəni beynəlxalq təşkilatlara, dövlət qurumlarına və ya digər ölkələrin yerli hökumətlərinə, hüquqi və ya fiziki şəxslərə ötürülməsini həyata keçirmirik; Biz sizin məlumatlarınızı üçüncü şəxslərə və ya xarici ölkələrin ərazisində hər hansı bir məqsədlə ötürmürük, biz həmin məlumatları yerli qaydada, əczaçılıq nəzarəti tədbirləri ilə bağlı sənədlərin arxivində saxlayırıq. Biz şəxsi məlumatların avtomatik işlənməsi ilə əlaqədar sizin üçün hüquqi nəticələrə səbəb olan, yaxud da sizin hüquqlarınıza və qanuni maraqlarınıza başqa şəkildə təsir edən qərarlar qəbul etmirik.

4. SİZİN HÜQUQLARINIZ

Şəxsi məlumatlar sahəsində sizin hüquq və azadlıqlarınızın qorunması Şirkətin fəaliyyətinin vacib şərtidir (Şəxsi məlumatlar haqqında AR Qanununun 7-ci maddəsi). Hüquq və azadlıqlarınızın qorunmasını təmin etmək üçün, sizin müraciətiniz əsasında biz:

  • sizin şəxsi məlumatlarınızı emal edib-etmədiyimizi təsdiq edə bilərik və sorğunuzu aldıqdan sonra 30 gün ərzində sizə həmin məlumatları nəzərdən keçirmək imkanı təqdim edəcəyik;

  • emal etdiyimiz şəxsi məlumatlarınızın əldə edildiyi mənbə və həmin məlumatların tərkibi haqqında sizə məlumat verəcəyik;

  • şəxsi məlumatlarınızın işlənməsinin hüquqi əsasları, məqsədləri, şərtləri və üsulları barədə sizə məlumat verəcəyik;

  • şəxsi məlumatlarınızın natamam, qeyri-dəqiq və ya köhnəlmiş olduğuna dair sizin bildirşinizi aldıqdan sonra 7 iş günü ərzində həmin məlumatlarda zəruri dəyişikliklər edəcək və edilmiş dəyişikliklər barədə sizə məlumat verəcəyik;

  • sizin razılığınızla şəxsi məlumatlarınızın işlənməsini həvalə edə biləcəyimiz şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı və ünvanı barədə sizə məlumat verəcəyik;

  • şəxsi məlumatlarınızın qeyri-qanuni işləndiyi təsdiqlənərsə, məlumatların işlənməsini  dayandıracaq və görülən tədbirlər barədə sizə məlumat verəcəyik;

  • şəxsi məlumatlarınızın qeyri-qanuni yolla əldə edildiyi və ya müəyyən edilmiş işlənmə məqsədlərinə uyğun olmadığı təsdiqlənərsə, müvafiq təsdiqin alınmasından sonra 7 iş günü ərzində həmin məlumatları məhv edəcək və görülən tədbirlər barədə sizə məlumat verəcəyik;

  • emal etdiyimiz şəxsi məlumatlarınızla bağlı suallarınızı cavablandıracağıq.

5. BİZİMLƏ NECƏ ƏLAQƏ SAXLAMAQ OLAR?

richter@azeurotel.com e-poçt ünvanına və ya AZ1001, Bakı şəhəri, İstiqlaliyyət k. 29/14  ünvanına “Şəxsi məlumatlara dair sorğu” başlıqlı məktub göndərməklə şəxsi məlumatlarınızın işlənməsi ilə bağlı bizə müraciət edə bilərsiniz.

6.   ŞƏXSİ MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ

Şəxsi məlumatlarınızın işlənməsi zamanı onların təhlükəsizliyini təmin etmək üçün həmin məlumatların icazəsiz və ya təsadüfən əldə edilməsi, məhv olması, dəyişdirilməsi, bloklanması, surətinin köçürülməsi, açıqlanması, yayılması kimi hallara, habelə şəxsi məlumatlarla bağlı digər qanunsuz hərəkətlərə qarşı zəruri və yetərli hüquqi, təşkilati və texniki tədbirlər görürük.

Şəxsi məlumatlarınızın lazımi mühafizəsini təmin etmək üçün həmin məlumatların təhlükəsizliyinin pozulması nəticəsində meydana gələ biləcək zərəri qiymətləndirir, həmçinin informasiya sistemlərində şəxsi məlumatların işlənməsi zamanı təhlükəsizlik risklərini müəyyən edirik.

Şirkət şəxsi məlumatların təhlükəsizliyinə dair yerli qaydalar qəbul etmişdir. Şəxsi məlumatlara çıxışı olan şirkət əməkdaşları bu Siyasətlə və şəxsi məlumatların təhlükəsizliyinə dair yerli qaydalarla tanış olublar.

bottom of page